Baş rolda azərbaycanlı model Rüstəm Cəbrayılovun çəkildiyi “Don Marleone” filminin tizeri təqdim olunub.
Oxu.Az xəbər verir ki, R.Cəbrayılov “The Best Model of Azerbaijan - 2006”, “The Best Model of Azerbaijan - 2007”, “Best Model of the World - 2007” müsabiqələrinin qalibi olub.
Sözügedən filmin ssenari müəllifi Rəşad Süleymanoğlu, quruluşçu rejisoru Elmar Bayramovdur. Ekran əsəri triller janrında lentə alınıb.
“Don Marleone” filmi naməlum şəxslər tərəfindən öldürülən atasının cinayətini araşdıran və cinayətkarları tapmağa çalışan gəncin başına gələn hadisələrdən bəhs edir.
Rollarda, həmçinin Əməkdar artistlər Ayşad Məmmədov, Bəhram Bağırzadə və digərləri rol alıb.
Filmin təqdimetmə mərasimi aprel ayında baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az