Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fədayə Laçın apellyasiya şikayəti verdi
Həbsdə olan müğənni Fədayə Laçın Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı deyib.
Vəkil bildirib ki, şikayətdə Nəsimi rayon Məhkəməsinin qərarının ləğv edilməsi və Fədayə Laçının istintaq dövründə ev dustaqlığına buraxılması göstərilib: "Hələlik Nəsimi rayon Məhkəməsinin qərarını almamışam. Amma artıq apellyasiya şikayətini vermişəm. Qərarı alandan sonra da şikayəti genişləndirəcəyəm. Şikayət məhkəməyə təqdim olunub".
Xatırladaq ki, Fədayə Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi rayon Məhəkəməsinə müraciət etmişdi. Məhkəmə müraciətə baxsa da, təmin etməyib.
"Laçın" teqi üzrə xəbərlər
- Laçının tarixi məhəllələri haqqında maraqlı faktlar
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür
- İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib
- Laçının işğaldan azad edilməsindən dörd il ötür
- Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək