“O səs Türkiyə”nin növbəti buraxılışında həmyerlimiz Leyla Rəhimovanın ifası münsifləri və zalda əyləşən tamaşaçıları heyran edib.
Oxu.Az xəbər verir ki, L.Rəhimova müsabiqədə Selami Şahinin repertuarından “Özledim” mahnısını ifa edib. 27 yaşlı azərbaycanlı iştirakçı möhtəşəm çıxışı ilə bütün münsifləri özünə tərəf döndərməyi bacarıb.
Sonda L.Rəhimovanın seçimi isə Murad Boz olub.
Aytən Sadıqzadə
www.oxu.az