Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlahə Fəda: Xəbəri eşidən kimi Fədayə ilə əlaqə yaratdım
Xəbər verdiyimiz kimi, ötən gün sosial mediada müğənni Fədaya Laçının azadlığa çıxacağı ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, məhkəmənin qərarı ilə o, oktyabr ayının sonu azadlığa çıxacaq.
Müğənni Fədayə Laçının bacısı İlahə Fəda məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
O bildirib ki, xəbəri alan kimi bacısı ilə telefon əlaqəsi yaradıb.
“İnanın, bu xəbəri eşidəndə sevincimin həddi-hüdudu olmadı. Bir neçə həftədən sonra azadlığa çıxacaq. Bacım məhkəmənin bu qərarından çox sevincli olduğunu söylədi”.
İlahə Fəda bacısının hazırkı səhhəti ilə bağlı bunları dilə gətirdi:
“Bacım özünü yaxşı hiss edir. Səhhəti normaldır. Onun azadlığa çıxacağı günü ailəmizlə birlikdə səbrsizliklə gözləyirik”.
Qeyd edək ki, dəfələrlə məhkəməsi təxirə salınan müğənni Fədaya Laçının cəzası dünən beş ildən iki ilə endirilib.
Rəşad Əliyev
Rəylər