Thalita Zampirolli adlı 26 yaşlı braziliyalı model 18 yaşında ikən cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olub.
Oxu.Az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
O, 2013-ci ildə keçimiş futbolçu və siyasətçi Romario ilə eşq yaşayıb, lakin modelin keçmişi ilə bağlı yayılan xəbərlər futbolçunu narahat etməyə başlayıb.
Zampirolli bu münasibəti barəsində “Onun mənim keçmişimə görə çox narahat ola biləcəyini təxmin edirdim, amma görünüşüm necə olursa-olsun, mən qadınam. Bir il ərzində oununla əlaqəmiz oldu və sonra bir-birimizi incitmədən ayrıldıq” deyib.
Futbolçunun modellə olan əlaqəsindən bəhs etməməsi üçün məhkəmə qərarı ilə ona qadağa qoyduğu ortaya çıxıb. Onun modellik müqaviləsi isə əvvəllər kişi olduğunu söyləmədiyi üçün ləğv edilib.
“İnstagram”da 255 min təqibçisi olan Thalita “O zamanlar çox kədərlənmişdim, amma indi özümə gəlmişəm. Kişi bədəni ilə doğula bilərəm, amma içimdə hər zaman bir qadın var idi” söyləyib.
Thalita Zampirolli hazırda ölkəsinin ən məşhur kişi modellərindən olan Rodrigo Westermann ilə eşq yaşayır.
Aytən Sadıqzadə
www.oxu.az