BMT-nin Baş katibi Pan Gi Mun Olimpiya məşəli estafetində və XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, Pan Gi Mun daha bir turneyə çıxıb. O, Braziliya, Argentina, Kanadaya, ABŞ-ın qərb sahilinə səfər edəcək.
“O, əvvəlcə Rio-de-Janeyroya gedəcək və XXXI Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək”, - Düjarrik bildirib.
Bundan başqa Pan Gi Mun Olimpiya kəndini ziyarət etməyi planlaşdırır. Onun proqramına qaçqınlardan ibarət komanda ilə görüş daxildir.
XXXI Yay Olimpiyadası avqustun 5-dən 21-nə qədər davam edəcək. Paralimpiyada sentyabrın 7-dən 18-nə qədər keçiriləcək.