"Oskar" mükafatı laureatı, aktyor Tommi Li Consun qızının ABŞ-də hoteldə ölümünün təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, 34 yaşlı Viktoriya Consun cəsədi San-Fransisko şəhərində hotelin 14-cü mərtəbəsində qonaqlardan biri tərəfindən tapılıb. İşçilər dərhal təcili yardım çağırıb və onu həyata qaytarmağa çalışıblar, lakin cəhdlər uğursuz olub.
Polis aktrisanın ölümünün zorakılıq nəticəsində olmadığını açıqlayıb. Polislər onun bədənində heç bir xəsarət və ya narkotik istifadəsinin əlamətləri aşkar etməyiblər. Hazırda istintaq davam edir. Consun hotelin qonağı olub-olmadığı məlum deyil.
Qeyd edək ki, aktrisa 2002-ci ildə atasının da iştirak etdiyi "Men in Black 2" filmində kiçik bir rol oynayaraq ekranda debüt edib.
Amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya 34 yaşında vəfat edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə TMZ mənbələrə istinadən məlumat yayıb.
Onun cəsədi 1 yanvar gecəsi "Fairmont San Francisco" hotelinin dəhlizində tapılıb.
Mərhumun şəxsiyyəti hələ rəsmi olaraq müəyyən edilməyib. Polis şəxsiyyətin müəyyən edilməsi üçün tibbi ekspertizanın rəyini gözləyir. Ölüm səbəbi hələ də məlum deyil.
Viktoriya Cons 1991-ci ildə Tommi Li Cons və ikinci həyat yoldaşı Kimberli Kleflinin ailəsində anadan olub. Uşaq ikən o, bir neçə filmdə rol alıb. "Qara geyimli kişilər 2" filmində debüt edib, "Bir ağac təpə" teleserialında və həmçinin atasının rejissorluğu ilə çəkilən "Üç qəbir" filmində çəkilib.