Müğənni Şəbnəm Tovuzlu “Evgördü” verilişinin qonağı olub.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, proqramda maraqlı açıqlama verib.
Şəbnəm ailəsindən və sənətə gəlişindən söz açıb:
“Bu sənəti seçəndə təkcə atam mənim yanımda idi. Anam və qohumlarım müğənni olmağıma qarşı çıxırdı. Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər. Evlənib boşanandan sonra rayona getmədim, Bakıda qaldım. Qızım üçün gələcək qurmaq istəyirdim.
Müğənniliyə başladım. Ayaqlarım üstündə durmağa çalışdım. Tacir müəllim çox sağ olsun, kömək edirdi. Toylarım gəlməyə başladı. Artıq 5 aya avtomobil aldım. Avtomobilə çox marağım var. İldə bir avtomobil dəyişirdim. İndiki avtomobilim 8-cidir. 10 ildir avtomobil idarə edirəm”.
A.S.www.oxu.az