ABŞ-nin Nevada ştatında məhkəmə "South Side Compton Crips" dəstəsinin keçmiş lideri Duyen "Keffi D" Devisə əfsanəvi reper Tupak Şakurun 1996-cı ildə qətlə yetirilməsi işi üzrə 40 ildən sonra şərti azadlığa buraxılmaq hüququ ilə ömürlük həbs cəzası verib.
Oxu.Az xəbər verir ki, bu barədə hakim Karli Kirni məhkəmə iclasında elan edib.
"Yekun cəza müddəti 40 ildən ömürlük həbsə qədərdir. Cəzanın hesablanması zamanı artıq həbsdə keçirdiyiniz 731 gün nəzərə alınır", - deyə hakim bildirib.
Xatırladaq ki, Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda güllələnib. Reper və "Death Row Records" səsyazma şirkətinin təsisçisi Şaq Nayt "BMW" markalı avtomobildə olarkən, işıqforda dayandıqları vaxt onların yanına gələn ağ rəngli "Cadillac" markalı avtomobildən atəş açılıb.
25 yaşlı musiqiçi aldığı güllə yaralarından bir neçə gün sonra vəfat edib.