Tanınmış müğənni, meyxanaçı Üzeyir Mehdizadə ailə həyatı qurub.
Oxu.Az Bizimbaku.ws saytına istinadən xəbər verir ki, meyxanaçının bəy geyimində gəlinlə fotosu sosial şəbəkələrdə yayılıb.
Yaşlı qadınla ailə quran Üzeir bəy şəkildə o qədər də sevinc hissi yaşayana oxşamır.
Xatırladaq ki, Üzeyir Mehdizadə 24 dekabr 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
13-14 yaşlarından Üzeyir artıq meyxana deməyə başlayıb. 2007-ci ilin sonuna yaxın ilk “Son zəng” mahnısı ilə gündəmə gəlib. 2008-ci ildə “Gəl yarına” adlı albomu işıq üzü görən Üzeyir artıq zengimcell rekordçusuna çevrilmişdi.
2009-cu ildə isə artıq öz şəxsi studiyası oldu və studiyanın ilk işi olan “O mənim olmalıdır” albomu nəinki Azərbaycanı, bütün Qafqazı dolaşır.
Ümid ediriy ki, Üzeir bəy öz yarını tapandan sonra, “o olmasa neyləyərəm” “kəsəcəm damarları” və “dəli balam” deməyəcək.
Allah xoşbəxt eləsin!
