Yerli məşhurlar Hindistanın məşhur filmi “Zita və Gita”nı canlandırıblar.
Oxu.Az bildirir ki, şou əhli “Ay Zaur” verilişinin “Yeni il” çəkilişi üçün Rəqqasə Fatimə Fətəliyeva Zita və Gitanı, Könül Kərimova Zitanın nənəsini, aktrisa Naibə Allahverdiyeva əmisinin yoldaşını, Günel Məhərrəmova əmisi qızını, Ceyhun Əliyev Racmin, Aşıq Samirə qaynana, Teymur Əmrah isə qulluqçu obrazını canlandırıblar.
Hind rəqslərini məharətlə ifa edən rəqqasə Fatimə Fətəliyeva oynadığı obraz haqqında bunları söyləyib:
“Mən lap kiçik yaşlarımdan hind filmlərini çox sevirəm. Məhz bu sevgidən irəli gəlir ki, mən hind rəqslərinin öhdəsindən məharətlə gəlirəm. Ötən gün baş tutan çəkilişdə bir az da aktrisa kimi özümü sınamalı oldum”.
Aytən Sadıqzadə
www.oxu.az