Fev
2018
16:00
70
223
11182
Virtual karabakh

Elnarə tac taxdı, qalmaqal yarandı – FOTO

9 Fev, 2018
16:00
11182

Elnarə tac taxdı, qalmaqal yarandı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ATV maqazin onlarla” verilişinin müxbiri Ruslan Ağayev “Instagram” səhifəsində müğənni Elnarə Xəlilova ilə fotosunu paylaşıb.

Oxu.Az xəbər verir ki, “Hit-Parad” rubrikasının növbəti qonağı olan Elnarənin başındakı gümüşü rəngli tac diqqət çəkib.

Prodüser Tarix Əliyev (Tolik) həmin paylaşıma “Daha bilmədi nə ilə gündəmə gəlsin” sözlərini yazıb.

Elnarə isə ona “Elnarə elə həmişə gündəmdədir. Ola bilsin sənin gündəmində deyil” cavabını verib.

Tolik daha sonra sözlərinə bunları əlavə edib:

“Vallah, tacla gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Sənin, maşallah, səsin, sənətin var. Bəziləri kimi buna ehtiyacın yoxdur. Amma özün buna şərait yaradırsan. Mənim sözümü deməyə və kiməsə irad tutmağa bu aləmdə haqqım var.

Ən azından mən bu sənətdə çox işlər görmüşəm. Sənin verilişində ən çox qonaq olan prodüser mənəm”.

Qeyd edək ki, Tolikin Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması Nadir Qafarzadə ilə onun arasında qalmaqal yaşatmışdı.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri