Əməkdar artist Elza Seyidcahanın növbədənkənar parlament seçkiləri üçün namizədliyi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, sənətçi şəxsi “İnstagram” hesabında “qeydiyyat vəsiqəsinin” fotolarını paylaşıb.
Seyidcahanın namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahanla yanaşı ATV-nin məşhur aparıcısı Aytən Səfərova 87-ci saylı Ağsu-İsmayıllı seçki dairəsindən, aktrisa Könül Yusifqızı Abşeron rayonunun 45 saylı seçki dairəsindən namizədliyini irəli sürülüb.
Ölkə ərazisində növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutacaq.
Rəşad Əliyev
Rəylər