Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
AİSEL-dən “ON”luq layihə - FOTO/VİDEO
Bəstəkar-müğənni Aisel “ON” adlı albomunu təqdim edib.
“SS production” şirkəti tərəfindən hazırlanan albomdakı “Dönən deyiləm” mahnısının sözləri Nəriman Abbaszadəyə, “Unuda Bilmədim” mahnısının sözləri Jay Huna, digər mahnıların sözləri və bütün bəstələr ifaçının özünə aiddir. Albomdakı mahnıların aranjimanı, miks və masterinqi Emin Kərimə (STKHA) aiddir.
Albom əsasən pop janrında hazırlansa da, mahnılarda elektronik və etkin janrların elementlərindən istifadə olunub. İfaçı bu albomda daha çox ritmik mahnılara yer verib. Albomu bütün rəqəmsal musiqi platformalından yükləyə və dinləyə bilərsiniz.
Albomun tanıtım sinqlı olaraq seçilən “Qardan Qara” mahnısının sözləri, musiqi ritmləri və ona çəkilən klipdə bizə tam başqa Aisel göstərilir. 40-dan çox heyət üzvünün iştirak etdiyi və 22 saat ərzində çəkilən klipdə Aisel 6 peşəkar rəqqasə ilə rəqs edir. Elektronik musiqi və muğam sintezi ilə təqdim hazırlanan mahnını və ona çəkilmiş klipi Aiselin rəsmi “YouTube” hesabından izləyə bilərsiniz.

"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- Xronika: "Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq"
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Tramp Avropa İttifaqını və Kanadanı daha sərt rüsumlarla hədələdi
- Avropa "müşahidəçiləri"nin Zəngilan və Laçın istiqamətlərində casusluq fəaliyyətinin görüntüləri