Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Qarabağa səfəri başa çatıb.
Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir.
Qeyd edək ki, səfərin məqsədi diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanışlıq olub.
Bu çərçivədə onlar Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi, Şuşada birinci yaşayış kompleksi və İsa bulağını ziyarət ediblər.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Şuşa şəhərinə səfər ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, diplomatlar ilk olaraq Qarabağ küçəsi ilə tanış olublar. Daha sonra onlar Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqları tikili barədə məlumatlandırıb.
Növbəti mərhələdə onlar Şuşada birinci yaşayış kompleksi ilə tanış olublar.
Sonda isə diplomatik korpus üzvləri İsa bulağına baş çəkiblər.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Şuşa şəhərinə səfəri başlayıb.
Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir.
Onlar səfər çərçivəsində Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksi ilə tanış olacaqlar.







Daha çox foto burada: PhotoStock.az
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Xankəndi şəhərinə səfəri başa çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlar, ilk növbədə, Qarabağ Universiteti ilə tanış olublar.
Azərbaycan Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları ali təhsil müəssisəsində görülən işlər barədə ətraflı məlumatlandırıblar.
Diplomatlar daha sonra Qarabağ Universiteti İncəsənət fakültəsinin tələbə və müəllimlərinin onlar üçün hazırladığı bədii proqramı izləyiblər.
Sonda Xankəndi şəhərinin mərkəzini ziyarət edən qonaqlar xatirə fotosu çəkdiriblər.
Diplomatlar bundan sonra Şuşa şəhərinə yola düşəcəklər.
Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri Xankəndidə səfərdə olan diplomatik korpus nümayəndələri üçün nümayiş hazırlayıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlar qonaqlar üçün Azərbaycanın xalq mahnılarını səsləndiriblər.
İfalar zamanı tələbələri müəllimləri müşayiət ediblər.
Xankəndiyə səfər edən Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olublar.
Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir.








Daha çox foto burada: PhotoStock.az
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Xankəndidədirlər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfər diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanış etmək məqsədi daşıyır.
Səfər çərçivəsində onların Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksini ziyarət etməsi nəzərdə tutulub.