Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakı Təşəbbüs Qrupu ilə Sen-Martenin Birliyi Assosiasiyası arasında memorandum imzalanıb
Bakı Təşəbbüs Qrupu (BTQ) və Sen-Martenin Birliyi Assosiasiyası ("One St. Martin Association") arasında əməkdaşlıq memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, müvafiq sənəd Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi "Fransa və Niderlandın Sen-Martendə müstəmləkə idarəçiliyi - bir ada, bir xalq, bir tale" adlı tədbir çərçivəsində imzalanıb.
Bakı Təşəbbüs Qrupunun (BİQ) icraçı direktoru Abbas Abbasov qeyd edib ki, sənəd Sen-Marten ilə siyasi, iqtisadi və təhsil sahəsində əməkdaşlıq məsələlərini əhatə edir.
Qeyd edək ki, müstəmləkə dövründə və ondan sonra Sen-Marten digər müstəmləkələrdən özünəməxsus xüsusiyyətləri ilə fərqlənib. Ada həm Fransa, həm də Niderland tərəfindən müstəmləkəyə çevrilib və 1648-ci ildən bu iki dövlət arasında bölünüb. Adanın Fransa hissəsi Sen-Marten, Niderland hissəsi isə Sint-Marten adlanır.
İki Avropa dövləti adaya öz idarəetmə sistemlərini, mədəniyyətlərini və qanunlarını tətbiq edib. Adada müstəmləkəçiliyin irsi iqtisadi və siyasi sahələrdə öz təsirini davamlı olaraq göstərir. Fransa və Niderlandın güclü təsiri Sen-Marten xalqının öz müqəddəratını təyin etmək istəyinin qarşısında maneələr yaradır.
"Neokolonializmlə mübarizə" teqi üzrə xəbərlər
- Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb
- Abbas Abbasov: "Bakı Təşəbbüs Qrupu bu il sayca dördüncü memorandum imzalayacaq"
- Sen-Marten gəncləri: "Müstəmləkəçilik vətənimizdə gələcək qurmağımıza mane olur"
- Sen-Marten müstəqillik uğrunda mübarizə aparır: "Pro Soualiga" Fondundan dekolonizasiyaya çağırış
- Bakı Təşəbbüs Qrupu: "21-ci əsrdə müstəmləkəçiliyə qarşı mübarizədə qüvvələrin birləşdirilməsi"