Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səfirlik: “BƏM-in qərarı Kolumbiya ilə Nikaraqua arasında fikir ayrılığını aradan qaldırır”
“Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Kolumbiya ilə Nikaraqua arasındakı son qüvvədə olan işə dair qərarını beynəlxalq hüquq və münasibətlərdə dönüş nöqtəsi adlandırmaq olar. Bu, okeanlar və dənizlər üzərində sülh prinsipinin təsbit edilməsində əsas məqamdır”.
Bu barədə Kolumbiyanın Azərbaycandakı Səfirliyindən “Report”a verilən məlumatda qeyd edilib.
Bildirilib ki, BƏM tərəfindən verilən qərar Kolumbiyanın təqdim etdiyi bütün arqumentləri qəbul edərək, bu ölkənin hüquqi müdafiəsinin uğurunu əks etdirir:
“Bu qələbə əlamətdar bir hüquqi nailiyyətdir, çünki beynəlxalq məhkəmələrdə bu miqyasda qələbələr nadir hallarda olur. Qərar Kolumbiyanın fikir ayrılıqlarının mahiyyəti ilə bağlı mövqeyini dəstəkləməklə yanaşı, qanunun aliliyinə, sülhə və beynəlxalq təhlükəsizliyə üstünlük verərək, mübahisələrin sülh yolu ilə həlli üçün ideal vasitə kimi hüquqdan istifadə etmək öhdəliyini təsdiqləyir.
20 ildən çox davam edən uzun mübahisələrdən sonra BƏM-in bu qərarı Kolumbiya ilə Nikaraqua arasındakı fikir ayrılıqlarını aradan qaldıraraq, bütün Karib dənizi xalqları üçün yeni böyük imkanlar sahəsi açır. Bundan əlavə, bu qərar Antil adalarının dəniz xalqlarının ayrılmaz hüquqlarını bir daha təsdiq edir və Karib dənizinin bütün sakinlərinin ayrılmaz hüquqlarını təmin edir. Kolumbiya ortaq mənşəyi və tarixi olan qardaş xalqları tanıyır və qonşu xalqlarla inteqrasiyanı təşviq etməyə sadiqdir.
Kolumbiya, xalqların yaşayışına, ətraf mühitin qorunmasına, davamlı inkişafa, əməkdaşlığa və dostluğa töhfə verən razılaşmaları təşviq edərək, Karib adətlərinin dəyərini müdafiə etmək məsuliyyətini öz üzərinə götürür. Bu yeni fəsildə Kolumbiya özünü okeanların və dənizlərin indiki və gələcək nəsillər üçün qorunmasına sadiq bir dünya həyatı gücü kimi təqdim edir”.
"BƏM" teqi üzrə xəbərlər
- Beynəlxalq Ədalət Məhkəməsində Qəzza məsələsi “yuxuda” həll edilir - VİDEO
- XİN: Parisin BƏM-in qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir
- BƏM-in Azərbaycanla bağlı qərarının elan ediləcəyi tarix açıqlandı
- Azərbaycan öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib - FOTO/VİDEO
- Milli Məclis Ermənistanın manipulyasiya cəhdləri ilə bağlı xarici ölkə parlamentlərinə müraciət ünvanlayıb