Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sus sakini: "30 il idi ki, Bakıda kirayələrdə, çətin vəziyyətdə yaşayırdım"
"Bu gün laçınlıların xoşbəxt günüdür, sevincli günüdür".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçının Sus kəndinə köç edən, keçmiş məcburi köçkün Elxan Qəhrəmanov deyib.
O qeyd edib ki, artıq bütün arzuları həyata keçib:
"Bu gün bizim üçün çox sevincli gündür. 30 il idi ki, Bakının Sabunçu rayonunda kirayələrdə, çətin vəziyyətdə yaşayırdım.
Artıq sabah yuxudan duranda gözümüzü öz doğma el-obamızda açacağıq. Çətin günlərimiz artıq geridə qaldı. Bu gün ən böyük arzuma çatdım, bir neçə saatdan sonra Laçınıma, Susuma qovuşacağam.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçının Sus kəndinə yola salınır. Bu mərhələdə daha 39 ailə (140 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova