10 
İyl
2019
21:20
393
107
9788
Virtual karabakh

“Qarabağ” Albaniyadan heç-heçə ilə dönür - YENİLƏNİB + VİDEO

10 İyl, 2019
21:20
9788

“Qarabağ” Albaniyadan heç-heçə ilə dönür - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün I təsnifat mərhələsində ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu Albaniyada bu ölkənin “Partizani” klubu ilə üz-üzə gəlib.

Hər iki tərəfin cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb.

Komandalar meydandan 0:0 hesablı bərabərliklə ayrılıbılar.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

10 iyul

19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan) - 0:0

Hakimlər: Porvaldur Arnason, Yohann Qunnar Qudmundsson, Andri Viqfusson, Petur Qudmundsson (hamısı İslandiya) 

Tirana. "Selman Stermasi" stadionu

 
19:30

Çempionlar Liqasının I təsnifat mərhələsində ölkəmizi təmsil edən “Qarabağ” bu gün ilk oyununa çıxır.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu Albaniyada bu ölkənin “Partizani” komandası ilə üz-üzə gəlir.

Artıq oyuna start verilib.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

10 iyul

19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Porvaldur Arnason, Yohann Qunnar Qudmundsson, Andri Viqfusson, Petur Qudmundsson (hamısı İslandiya) 

Tirana. "Selman Stermasi" stadionu

 

19:09

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klub ilə üz-üzə gələcək.

Oxu.Az xəbər verir ki, saat 19:30-da start götürəcək oyunda komandaların start heyətləri açıqlanıb.

“Partizani”: 12. Alban Hoca (kap.), 2. Eqzon Belika, 7. Erald Çinari, 10. Yasir Asani, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Labinot İbrahimi, 23. Ersin Hakay, 26. Uilyam Kordeyro, 33. Eneo Bitri, 90. Emmanuel Mensah

Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broya, 9. Teofilus Solomon, 18. Lukas, 19. Lorents Traşi, 38. Kristi Kote, 99. Brayan Braun

Baş məşqçi: Franko Lerda

“Qarabağ”: 13. Vaqner, 4 Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (kap.), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev

Baş məşqçi: Qurban Qurbanov

 

09:41

Bu gün 2019/2020 mövsümü üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin digər səkkiz oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu gün UEFA-nın ən ali turnirində ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələrinin rəqibi Albaniya çempionu “Partizani”dir. 16 qat Albaniya çempionu olan Tirana klubunu 51 yaşlı italiyalı baş məşqçi Franko Lerda çalışdırır. Ağdam klubunda əsas mərkəz müdafiəçisi Bədəvi Hüseynov zədəli olduğundan bu matçda meydana Rahil Məmmədovun çıxacağı gözlənilir.

Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüşdə hakimlər İslandiyadan olacaq. Görüşü 2010-cu ildən FIFA referesi olan Torvaldur Arnason idarə edəcək. Oyun “Partizani”nin müvəqqəti stadionu olan Selman Stermasi adına arenada baş tutacaq.

Qeyd edək ki, bu matç “CBC Sport” telekanalı vasitəsilə yayımlanacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri