Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının və Bakının “Azərreyl” klubunun sabiq üzvü Nataliya Məmmədova karyerasını başa vurub.
Oxu.Az xəbər verir ki, sonuncu mövsümü Qazaxıstanın “Altay” komandasında keçirən voleybolçu ölkə çempionu olub. N.Məmmədova, həmçinin Qazaxıstan kuboku yarışlarının da qalibi adını qazanıb.
Mövsüm başa çatdıqdan sonra voleybolçu Qazaxıstan təmsilçisi ilə yollarını ayırıb.
Qeyd edək ki, ötən ilin oktyabrında – Yaponiyada keçirilən dünya çempionatından sonra Natalya Məmmədova gənc nəslə yol verməsi məqsədilə milli karyerasını bitirdiyini açıqlamışdı.
Rəylər