Avq
2019
23:02
qar
812
65
11870
Virtual karabakh

“Qarabağ” Kipr çempionuna Nikosiyada qalib gəldi - YENİLƏNİB \VİDEO

qar
6 Avq, 2019
23:02
11870

“Qarabağ” Kipr çempionuna Nikosiyada qalib gəldi - YENİLƏNİB \VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qarabağ" Kiprin paytaxtı Nikosiyada APOEL-ə 2:1 hesabı ilə qalib gəlib.

Oxu.Az xəbər verir ki, Ağdam komandası  54-cü dəqiqədə Mahir Emrelinin,  69-cu dəqiqədə isə Maqay Qeyinvurduğu qollarla hesabda 2:0 önə çıxsa da, meydan sahiblərindən Yorqos Merkis oyuna əlavə olunmuş dördüncü dəqiqədə hesab arasındakı fərqi azaldıb.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.

 

22.33

"Qarabağ" Kipr çempionu APOEL-in qapısından ikinci topu keçirib.

Oxu.Az xəbər verir ki, bir dəqiqə əvvəl Mahir Emrelinin yerinə meydana daxil olmuş Maqay Qey topa ilk toxunuşunda qol vurub.

Bununla da seneqallı hücumçu Ağdam komandasında keçirdiyi ilk oyunda qol vurmağı bacarıb.


22.15

"Qarabağ" 54-cü dəqiqədə hesabı açdı.

Oxu.Az xəbər verir ki, "Qarabağ"dan qolu Mahir Emreli vurub.


21.15

Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL – “Qarabağ” oyunu başlayıb. Hesab hələlik açılmayıb.

 

20.26
Çempionlar Liqasının III təsnifat mərhələsində saat 21:00-da başlayacaq APOEL – “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.

Oxu.Az UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

APOEL: Vid Belets, Savvas Qentoğlu, Uroş Matiç, Andriya Pavloviç, Praksitelis Vuros, Giorgos Merkis, Nikolas İannu, Antonio Yakoliş, Draqan Mixayloviç, Tomas De Vinsenti (k), Musa Süleyman

Ehtiyat oyunçular: Boy Vaterman, Lukas Souza, Linus Halenius, Kevin Lafrans, Andre Vidiqal, Roman Bezyak, Alef.

"Qarabağ": Vaqner da Silva, Maksim Medvedev,  Rahil Məmmədov, Rəşad Sadıqov (k), Aylton Silva, Simeon Slavçev,  Riçard Almeyda, Miçel,  Xayme Romero, Abdullah Zubir, Mahir Emreli

Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Rerrars Faysal, Qara Qarayev,  Araz Abdullayev, Dani Kintana,  Abbas Hüseynov,  Maqaye Qeye

 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri