Sen
2019
10:45
524
55
12559
Virtual karabakh

Rafael Ağayev karatenin vətənində "avtoqraf yağışı"na düşdü - VİDEO

7 Sen, 2019
10:45
12559

Rafael Ağayev karatenin vətənində "avtoqraf yağışı"na düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın paytaxtı Tokioda karate üzrə Premyer Liqa yarışı keçirilir.

Oxu.Az xəbər verir ki, beşqat dünya, 11 qat Avropa çempionu olan idmançımız Rafael Ağayev xarici mediaya müsahibə verdikdən sonra karatenin vətənində avtoqraf yağışına məruz qalıb.

Belə ki, yapon uşaqlar və onların valideynləri dünya karatesinin "Brilyant"ı adlandırılan tanınmış idmançımızı əhatəsinə alaraq ondan avtoqraf istəyib, şəkil çəkdirib.

Qeyd edək ki, Rafael Ağayev Olimpiadaya reytinq xalı qazandıran Premyer Liqanın finalına çıxıb. O, sabah 75 kq çəki dərəcəsində əzəli rəqiblərindən olan yaponiyalı Ken Nishimura ilə qarşılaşacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri