Okt
2019
17:02
58
20
3638
Virtual karabakh

Azərbaycan çempionatının adı və komandaları dəyişdirildi - ÖZƏL

2 Okt, 2019
17:02
3638

Azərbaycan çempionatının adı və komandaları dəyişdirildi - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan basketbolunda durğunluq sona çatmaq üzrədir.

Basketbol Federasiyasının idman direktoru Vüqar Əzimovun Oxu.Az-a verdiyi xəbərə görə, 2019/2020 mövsümü Azərbaycan çempionatı fərqli formatda keçiriləcək.

İlk növbədə Azərbaycan çempionatının adında dəyişiklik edilib. Belə ki, bundan sonra basketbol çempionatı ilk dəfə Azərbaycan Super Liqası adlandırılacaq.

Bu çempionatda səkkiz komanda iştirak edəcək. İlk dəfə Azərbaycan çempionatında Gəncə və Astaradan da komandalar iştirak edəcək. Əksər oyunlar Bakıda keçirilsə də, bəzi oyunların Gəncə və Astarada keçirilməsi istisna olunmur.

İştirakçı komandalar bunlardır: “Gəncə”, “Zirvə” (Astara), “Atletik”, “Atom”, “Sərkərdə”, “80-lər”, “Sıçrayış” və U-20. Bunlardan yalnız “80-lər” ötən mövsümün iştirakçısıdır. 20 yaşadək basketbol millimiz (U-20) isə ötən il çıxış etmiş U-18-i əvəzləyib.

Həmçinin, uzun müddətdən sonra klublarımızda legionerlər də çıxış edəcək. Belə ki, 20-yə yaxın legioner bu klublarda oynayacaq ki, bu da çempionatımıza əlavə rəng qatacaq. Legionerlər Gürcüstan, Ukrayna, Belarus, Moldova və Türkiyədən olacaq.

Super Liqaya oktyabrın 10-da start veriləcək. Açılış mərasimi saat 20:00-da başlayacaq. İlk oyunda bölgə komandaları – “Zirvə” və “Gəncə” üz-üzə gələcək. Bu oyun “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan çempionatında altı komanda iştirak edirdi. Bunlar NTD, ADNSU, “AzTop”, “80-lər”, “Alov” və U-18 komandaları idi. Lakin ilk beş komanda yanvarda federasiya rəhbərliyinə etiraz əlaməti olaraq çempionatı boykot etdiyindən, yarış yarımçıq dayandırılmışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri