Stadionu bağlamaq, bağlı qapılar önündə oynamaq lazımdır. Hətta daha ciddi tədbirlər görülməlidir.
Oxu.Az xəbər verir ki, bunu Bolqarıstan millisinin və “Barselona”nın sabiq futbolçusu Xristo Stoiçkov ABŞ-dakı ispandilli telekanalda qonaq olarkən deyib.
1994-cü il dünya çempionatının ulduz futbolçularından olmuş 53 yaşlı veteran gözlənilmədən ölkəsinə qarşı sərt tədbirlərin görülməsinin tərəfdarı olduğunu bildirib. O, İngiltərə ilə oyunda azarkeşlərin rəqib komandanın qaradərili oyunçularına qarşı irqçi hərəkətlər etməsinə görə bolqar tərəfdarları pisləyib:
“Bir dəfə İngiltərədə belə olmuşdu. Uzun müddətə Bolqarıstan klublarını beynəlxalq yarışlardan kənarlaşdırmaq lazımdır. Beş illiyə. Bu, onları sakitləşdirəcək! İstisnasız, bütün bolqar klubları üçün bu cəza tətbiq olunmalıdır”.
Yeri gəlmişkən, o bu sözləri deyərkən ağlamağa başlayıb.
View this post on InstagramQeyd edək ki, Bolqarıstan – İngiltərə (0:6) oyununda meydan sahiblərinin azarkeşləri Rahim Sterlinq və Tayron Minqzin əleyhinə irqçi hərəkətlər edib, meymun səsləri çıxarıb, nasist əl hərəkətləri göstərib.
Sonuncuya qarşı edilənlərdən sonra İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt dördüncü hakimə yaxınlaşaraq şikayət edib. Buna görə də ilk hissədə matç buna görə qısa müddətə dayanıb.
“Barselona”nın veteranı öz azarkeşlərini pislədi və verilişdə ağladı - VİDEOBu məsələdən sonra dövlətin təzyiqi ilə Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov oktyabrın 15-də istefa verməyə məcbur olub.
Səbuhi Musayev
"Barselona FK" teqi üzrə xəbərlər
- "Barselona"dan növbəti transfer: Misirli hücumçu heyətə qatıldı
- "Atletiko Madrid" "Real Madrid"in 150 milyon avroluq təklifinə cavab verdi
- "Real Madrid" müdafiə xəttini yenidən qurur
- Baş məşqçidən Yamalın vəziyyəti ilə bağlı AÇIQLAMA
- Rüşvət qalmaqalının yeni səhifəsi: "Real Madrid" "Barselona"nı Avropadan uzaqlaşdırmaq istəyir
Ən çox oxunanlarDigər xəbərlər