24 
Okt
2019
15:32
32
150
2592
Virtual karabakh

Futbol millimiz reytinqdə gerilədi

24 Okt, 2019
15:32
2592

Futbol millimiz reytinqdə gerilədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli komandaların FIFA reytinqi açıqlanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisi 111-ci pilləyə enib.

Xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi komandanın hesabında 1189 xal var. Yığma ötən ayla müqayisədə iki pillə geriləyib. Buna millinin iki xal itkisi səbəb olub.

Bu ay iki matç keçirən yığma yoldaşlıq oyununda Manamada Bəhreynə 3:2 hesabı ilə qalib gəlsə də, AVRO-2020-nin seçmə mərhələsində Budapeştdə Macarıstana 0:1 hesabı ilə uduzub.

Nəticədə milli ötən ay eyni xalla şərik olduğu Farer adaları və Tailandı önə buraxaraq, 111-ci sıraya enib.

Qeyd edək ki, cədvəldə son dünya üçüncüsü Belçika yığması yenə birincidir – 1755 xal. Son dünya çempionu Fransa və Braziliya müvafiq olaraq II və III sıradadır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri