Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Liverpul” dünya çempionu oldu - VİDEO
Futbol üzrə klublararası dünya çempionatına yekun vurulub.
Oxu.Az xəbər verir ki, turnirin final oyunu İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” klubları arasında keçirilib.
Həlledici görüşün əsas vaxtında qapılara qol vurulmayıb.
Əlavə vaxtda isə Avropa təmsilçisi Roberto Firminonun vurduğu qolla (99) qalib gələrək mundialın qızıl medallarına sahib çıxıb.
Bu gün həm də üçüncü yer uğrunda oyun keçirilib. Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası Meksika “Monterrey”i ilə üz-üzə gəlib.
Bu matçın da əsas vaxtı heç-heçə bitib – 2:2.
Penalti seriyasında 4:3 hesabıyla üstün olan meksikalılar bürünc medalları qazanıblar.
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyalı nazir: "Karbon bazarının yaradılması ekoloji bütövlüyün təmini üçün prioritetdir"
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- DÇ-2026: Braziliya - Uruqvay görüşündə qalib müəyyənləşməyib
- Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar