UFC-nin yüngül çəkidə məğlubedilməz idmançısı Həbib Nurməhəmmədov da Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə söylədiyi fikirlərə münasibət bildirib.
Bir neçə gün öncə idmançı karyerasını bitirdiyini açıqlayan Həbib Makronu sərt şəkildə tənqid edib:
“Qoy, Uca Allah söz azadlığı şüarı altında 1,5 milyarddan çox müsəlmanın inancını təhqir edən bu varlığın və bütün davamçılarının üzünü eybəcərləşdirsin. Uca Allah onları bu həyatda da, axirətdə də alçaltsın. Allah öz hesablamasında sürətlidir və bunu görəcəksiniz.
Biz müsəlmanıq, analarımızdan, atalarımızdan, övladlarımızdan, xanımlarımızdan və qəlbimizə yaxın olan bütün insanlardan daha çox Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) sevirik. İnanın, bu təxribatlar özlərinə qayıdacaq, xoşbəxt sonluq həmişə Allahdan qorxanlar üçündür”.
View this post on Instagram"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Emmanuel Makrondan Ankarada səhər idmanı - FOTO - VİDEO
- Suriya prezidenti Dəməşqdə törədilmiş partlayışlar barədə danışdı
- Emmanuel Makronun Suriya səfərində diqqətçəkən detal: Günəş eynəyi - VİDEO
- Prezidentlikdən sonra Makronu hansı vəzifə gözləyir?
- Fransa prezidenti 17 ildə ilk dəfə Suriyaya gedəcək
Ən çox oxunanlarDigər xəbərlər