UFC-nin yüngül çəkidə məğlubedilməz idmançısı Həbib Nurməhəmmədov da Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə söylədiyi fikirlərə münasibət bildirib.
Bir neçə gün öncə idmançı karyerasını bitirdiyini açıqlayan Həbib Makronu sərt şəkildə tənqid edib:
“Qoy, Uca Allah söz azadlığı şüarı altında 1,5 milyarddan çox müsəlmanın inancını təhqir edən bu varlığın və bütün davamçılarının üzünü eybəcərləşdirsin. Uca Allah onları bu həyatda da, axirətdə də alçaltsın. Allah öz hesablamasında sürətlidir və bunu görəcəksiniz.
Biz müsəlmanıq, analarımızdan, atalarımızdan, övladlarımızdan, xanımlarımızdan və qəlbimizə yaxın olan bütün insanlardan daha çox Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) sevirik. İnanın, bu təxribatlar özlərinə qayıdacaq, xoşbəxt sonluq həmişə Allahdan qorxanlar üçündür”.
View this post on Instagram"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Avropada nüvə qalxanı genişlənir: Finlandiyadan Fransaya "hə" cavabı
- Bricit Makronla bağlı qalmaqallı iddianın müəllifi məhkəmədə qalib gəldi
- Makrondan uşaqların sosial şəbəkələrdən istifadəsinə dair sərt təklif
- Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı
- Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı
Digər xəbərlər