16 
Dek
2021
21:35
298
47
10096
Virtual karabakh

Yığmamızın Millətlər Liqasındakı rəqibləri bəlli oldu - YENİLƏNİB

16 Dek, 2021
21:35
10096

Yığmamızın Millətlər Liqasındakı rəqibləri bəlli oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.

İsveçrənin Montrö şəhərində COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus, Azərbaycan, Qazaxıstan - Moldova cütünün qalibi ilə birlikdə III qrupda mübarizə aparacaq.

C Liqası
3-cü qrup

Slovakiya

Belarus

Azərbaycan

Qazaxıstan - Moldova cütünün qalibi

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

 

10:04

Bu gün UEFA Millətlər Liqasında növbəti – 2022/2023 mövsümünün püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Püşkatma zamanı Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək. C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv püşkatmaya 3-cü səbətdən qatılacaq. Burada komandamıza rəqib kimi qardaş Türkiyə millisi də düşə bilər

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

A Liqası

1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika

2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya

3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya

4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan

B Liqası

1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya

2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya

3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya

4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan

C Liqası

1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya

2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya

3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo

4-cü səbət: Qazaxıstan/Moldova, Kipr/Estoniya, Cəbəllüttariq, Farer adaları

D Liqası

1-ci səbət: Qazaxıstan/Moldova, Kipr/Estoniya, Lixtenşteyn, Malta

2-ci səbət: Latviya, San Marino, Andorra

Millətlər Liqasının təqvimi

I tur: 2-4 iyun

II tur: 5-8 iyun

III tur: 9-11 iyun

IV tur: 12-14 iyun

V tur: 22-24 sentyabr

VI tur: 25-27 sentyabr

Final mərhələsi: 14-18 iyun 2023-cü il.

Qeyd edək ki, Qazaxıstan – Moldova və Kipr – Estoniya cütləri mart ayında pley-off oynayacaqlar və bu dörd komandadan qalib gələn ikisi C Liqasında, məğlublar isə D Liqasında mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri