Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kolbasa kütləvi ölümə səbəb oldu
Cənubi Afrika Respublikasında 200-ə yaxın insanın həyatına son qoymuş listeriozun sürətlə yayılması hisə verilmiş kolbasalarla əlaqəli olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un saytında məlumat yayılıb.
Xəstəlik nəticəsində 2017-ci ilin yanvar ayından bəri 180 nəfər ölüb. Bu ümumilikdə listerioza tutulanların 27 faizini təşkil edir.
“CAR-ın Milli infeksion xəstəliklər institutu tərəfindən aparılan qan müayinəsi zamanı xəstələrin 91 faizinin qan nümunələrində listerioz törədicisi – “ST6” ştamı aşkarlanıb. Eyni ştam müxtəlif yerlərdə satılan tüstüdə qurudulmuş ət kolbasalarından götürülmüş nümunələrdə üzə çıxıb” deyə məlumatda qeyd olunur.
Tədqiqatlar onu göstərib ki, listerioza tutulmuş bütün xəstələr Polokveyn şəhərində yerləşən “Enterprise Food” və “RCL Foods” müəssisələrində istehsal olunub. Məhsullar artıq mağazaların piştaxtalarından kənarlaşdırılıb.
Listerioz “Listeri monocytogenes” bakteriyasının səbəb olduğu bakterial infeksiyadır. Listeriya mərkəzi sinir sistemini zədələyir, ağır hallarda meninqit və ensefalitə yol aça bilir.
F.M.
www.oxu.az
"Cənubi Afrika" teqi üzrə xəbərlər
- Afrikada kəskin istidən sonra şiddətli qar yağdı, dövlət sərhədi bağlandı
- Qərbi tamamilə geridə qoyacaq təşkilat: Yeni təşəbbüs Azərbaycana nə vəd edir?
- Almaniyalı məşqçi bir ay öncə sükanı arxasına keçdiyi komandadan intim qalmaqala görə ayrılıb
- Cənubi Afrikada məktəbli avtobusu aşıb: Ölənlər və yaralananlar var
- BRİKS vahid valyuta və ödəniş sistemi tətbiq edəcək
Rəylər