Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İtaliyada oğrulara atəş açmağa icazə verildi
İtaliya senatı oğrulara atəş açmağa icazə verən özünümüdafiə haqqında qanunu qəbul edib.
Bununla bağlı məlumatı “Reuters” agentliyi yayıb.
Parlament martın 28-də “özünümüdafiə tədbirləri” haqqında yeni qanunu təsdiq edib. Bu qanuna görə, bundan sonra xüsusi mülkiyyət sahibləri təhlükəli bir vəziyyətdə atəş açıldığını sübut etsələr, onları şiddətdə ittiham etmək olmayacaq.
“Bu, italyanlar üçün xüsusi bir gündür”, - ölkənin daxili işləri naziri Mateo Salvini deyib. “Nəhayət ki, biz insanların qorunmasının zəruri olduğu prinsipini təmin edirik”, - o vurğulayıb.
Bundan başqa, qəbul olunmuş qanun oğurluq və silahlı quldurluq üçün həbsləri artırır. Qanun əleyhdarları sənədin tətbiqinin çətinliklərindən və əsassız atəşlərin sayının artacağından danışır. Statistikaya görə, son illərdə İtaliyada şiddətli cinayətlərin sayı azalıb.
Özünümüdafiə haqqında qanunun qəbulunu Salvininin rəhbərlik etdiyi “Şimal Liqası” partiyası önə sürüb. Partiya antimiqrant siyasətini dəstəkləyir.
"İtaliya" teqi üzrə xəbərlər
- İtaliya mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini diqqətdə saxlayıb
- İranın Romadakı səfiri İtaliya XİN-ə çağırıldı
- İtalyan jurnalistin İranda həbs edilməsi ilə bağlı bəzi detallar məlum olub
- 2025-ci il UEFA Superkubokunun keçiriləcəyi şəhər açıqlanıb
- İtaliyada xizək yolunda görünən canavar sürüsü turistləri qorxutdu
Rəylər