26 
Okt
2020
16:02
940
62
16521
Virtual karabakh

Vladimir Putinin mətbuat katibi: “Ölkəmiz düşmən kimi təqdim olunur”

Rusiya hökuməti Co Baydenin açıqlamasına rəsmi cavab verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizədi C.Baydenin Rusiyadan gələn təhdidlə bağlı dediklərindən təəssüfləndiyini söyləyib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Xatırladaq ki, C.Bayden bu gün verdiyi açıqlamada qeyd edib ki, təhlükəsizlik baxımından ABŞ üçün ən böyük təhlükə Rusiyadır.

“Heç də belə deyil, bununla qətiyyən razı deyilik. Rusiya Federasiyasına qarşı mütləq nifrət aşılandığına görə yalnız təəssüflənə bilərik. Ölkəmiz bir növ düşmən kimi təqdim olunur. Bu, belə deyil”, - deyə D.Peskov C.Baydenin açıqlamasını şərh edərkən deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri