Magistatura və doktoranturada oxuyan oğlanlar hərbi xidmətdən azad olunmalıdır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Unversiteinin rektoru, deputat Abel Məhərərmov Milli Məclisin bugünkü iclasında deyib.
“Onların hərbi xidmətdən azad olunma məsələsi üzərində ciddi düşünülməlidir. Yoxsa bu, bizi ölümə aparacaq”-deyə deputat vurğulayıb.
Rektor həmçinin xaricdə dövlət hesabına oxumağa göndərilmiş tələbələrin təhsilini bitirdikdən sonra ölkəyə qayıtmamalrından narazılıq edib.
“Xaricə tələbələr göndərilir. Yoxlanılıb ki, o göndərilən tələbələrdən hansı biri universitetdə işləyir? Biz o tələbələri göndəririk ki, gedib orada təcrübəni öyrənsinlər və gəlib ölkədə tətbiq etsinlər. Amma xaricə oxumağa gedən qayıdıb işləmir. Hökümət o tələbələrə bu qədər pul ayırır. Bu pulun hesabına texnika alıb universiteti inkişaf etdirərəm” - deyə A.Məhərrəmov narazılıqla qeyd edib.
Universitetin yataqxana problemindən danışan rektor-deputat deyib: “Deyirsiniz ki, universitet niyə qabağa gedə bilmir? Mən cavab verirəm. Dünyada 150 min universitet var. 20 min top universitet arasında bizim yerimiz 602-cidir. Biz 100 balı yataqxanaya görə ala bilmirik. 15-20 min tələbə oxumaq istəyir, amma yataqxanamız yoxdur”.