Ötən gün günün ikinci yarısından etibarən Azərbaycanda havanın temperaturu kəskin aşağı düşüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, gecə saatlarından Bakıya yağış yağmağa başlasa da rayonlarda qar yağmağa başlayıb. Şamaxıya yağan qarın hündürlüyü 5 santimetrdir.
Bundan başqa, Tovuz, Qazax, Daşkəsən, Quba, Qusar və digər rayonlara da qar yağıb.
Qeyd edək ki, Azərbaycan sinoptikləri hələ noyabrın 5-ə qədər ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraitinin üstünlük təşkil edəcəyini bildirirlər.