Azərbaycanda mağaza sahibi maraqlı addım atıb.
Oxu.Az publika.az-a istinadən xəbər verir ki, artıq ölkədə bəzi marketlərdə sərinləşdirici içkilər satılan bölümdə maraqlı elan yerləşdirilib.
Elanda İsrailə etiraz olaraq “Coca-Cola” məhsulları satmadıqlarını bəyan ediblər. Elanda “1 “Cola” - 1 güllə, 1 güllə - 1 həyat. Fələstinə dəstək, “Cola” satılmır”,- deyə qeyd edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə də bəzi marketlərdə “Coca-Cola” məhsullarına etiraz olaraq “İsrail malı satılmır” adlı elanlar vurulmuşdu.
