Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən 2021-ci ilin I yarımili ərzində prokurorluğun fəaliyyətindəki yeniliklər, ictimai maraq kəsb edən cinayət hadisələri, habelə Baş Prokurorluğun rəhbərliyinin işgüzar görüşləri və səfərləri barədə 540 məlumat hazırlanıb.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, sözügedən məlumatlar Baş Prokurorluğun rəsmi veb-saytında və sosial media səhifələrinə yerləşdirilib. Eyni zamanda kütləvi informasiya vasitələrində yayılması da təmin edilib.
Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
:640.png)