22 yaşlı Səttarova Hafizə Hüseynağa qızı itkin düşüb.
Oxu.Az xəbər verir ki, Abşeron rayon Polis şöbəsinin Mehdiabad polis bölməsindən ANS-ə verilən məlumata görə, Səttarova Hafizə 19.10.2014-cü il tarixdə saat 16:00 radələrində yaşadığı Abşeron rayonu Digah qəsəbəsi 2-ci Tağıyev küçəsi ev 1-dən çıxıb və bir daha geri qayıtmayıb.
22 yaşlı Səttarova Hafizə Hüseynağa qızının əlamətləri belədir. Boyu 164 sm, sifəti uzunsov, gözləri qəhvəyi, saçları isə açıq sarıdır.
Evdən çıxarkən onun əynində qara üzərində ağ xətləri olan uzun kofta, süd rəngli gödəkçə, qara cins şalvar, qara ayaqqabı, başı isə göy rəngli hicabla bağlanmış olub.
Odur ki, 22 yaşlı Səttarova Hafizə Hüseynağa qızını görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 342 02 02 şəhər və (050) 205 01 08 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.
E.Ə.
www.oxu.az