Telekanal növbəti süjetində Azərbaycanın böyük şairi Nizami Gəncəvi haqqında bəhs edir, lakin hansı səbəbdənsə, telekanalın rus xidməti onu, fars şairi kimi təqdim edir. “Euronews”un rus xidmətinin çəkilmiş video ilə bağlı dərc etdiyi videodan sitat gətiririk:
“Nizami Gəncəvi – XII əsrin fars şairi Azərbaycanda doğulub. Nizaminin qəhrəmanlıq-romantik poeziyası əsrlər boyunca fars dilində danışan dünyaya təsir göstərib, mütəxəssislər onun yaradıcılığının Şekspir və Hötenin əsərlərinə təsirini tapırlar. Əsrlər boyunca Nizaminin sözləri Persiyadan (İran – red.) bütün regionun sakinlərinə, o cümlədən burada, Kəpəz dağının ətəyində zəhmət çəkənlərə rahatlıq və harmoniya gətirirdi. Nizami, fars poeziyasının klassiki Gəncədə, müasir Azərbaycanın ərazisində anadan olub”.
Əgər bu xəbərin ingilis dilində olan versiyasını açsaq, orada bu mətni görə bilərik – “Nizami is considered to be the greatest epic poet in romantic Persian literature”. Bu isə “Nizami fars şairidir” deyil, “Nizami fars poeziyasının klassikidir” kimi tərcümə olunur.
Digər tərəfdən, hər kəsə məlumdur ki, Nizami Gəncəvi heç zaman Azərbaycanı tərk etməyib və buna görə də, telekanalın rus xidmətinin “Əsrlər boyunca Nizaminin sözləri Persiyadan bütün regionun sakinlərinə rahatlıq və harmoniya gətirirdi” kimi ifadələrdən istifadə etməsi növbəti təxribat və tarixin saxtalaşdırılması kimi səslənir.
Telekanal bir süjet çəksə də, onun rus xidməti Azərbaycanın tarixini saxtalaşdırmaqla məşğuldur və telekanalın saytında ingilis dilində olan versiyanın düzgünlüyünü nəzərə alaraq, ölkəmizə qarşı açıq-aşkar təxribatın həyata keçirildiyini əminliklə bəyan etmək olar.
Və daha bir “maraqlı fakt”. Telekanlın saytının ingilis versiyası Nizami Gəncəvi haqqında süjeti – “Gəncə tarix yazır” başlığı, rus xidməti isə “Gəncə, fars dahisi Nizaminin vətəni” başlığı ilə təqdim edir
.
Böyük Nizami haqqında videosüjet:
Bundan başqa, siz, bu xəbərin rus və ingilis dilində olan versiyalarını müqayisə edə bilərsiniz.
İngilis versiyası: http://euronews.com/2013/06/09/ganja-writes-history
Rus versiyası: http://ru.euronews.com/2013/06/09/ganja-writes-history
Azərbaycan Xəbərləri