Bakı-Şamaxı yolunun 23 kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Abşeron rayonunun Müşfiqabad qəsəbəsində “Ford” markalı yük avtomobili ilə “VAZ-2107” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü, 1968-ci il təvəllüdlü Mehralıyev Gəray Surxay oğlu və onun oğlu, 1993-cü il təvəllüdlü Vüsal dünyasını dəyişib, yük maşınında olan iki nəfər - 1981 təvəllüdlü Səlimov Azad Cəmaləddin oğlu və 1979-cu il təvəllüdlü Musayev İlham Ağapənah oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.