Bakının mərkəzində intihar hadisəsinin qarşısı alınıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Murtuza Muxtarov küçəsində 14 mərtəbəli binadan özünü atmaq istəyən qadını fikrindən daşındırmaq mümkün olub.
Xilasedicilərin danışıqlarından sonra qadın aşağı düşürdülüb.
16:36
Bakıda qadın özünü 9-cu mərtəbədən yerə atmaq istəyir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, “Nizami” metrosu yaxınlığında bir qadın özünü öldürmək istəyir.
Hadisə şahidlərinin verdikləri məlumata görə, “Caspian plaza” adlandırılan bina ilə üzbəüz olan yaşayış binasının 9-cu mərtəbəsində eyvana çıxan qadın özünü oradan yerə atmaq istəyir.