Ağrıdan, əzablardan qurtulmaq üçün hər gün dua edir. Hər dəfə qapı açılanda ümidlə baxır, bəlkə onu da yada salıb kömək edən oldu deyə. Bizim son ümid yerimiz yenə sizlərsiniz. Mətbuatdır, xeyirxah adamlardır. Tural sağalacağı günü səbirsizliklə gözləyir.
Oxu.Az xəbər verir ki, bunu virtualaz.org saytına ağır böyrək xəstəsi olan Tural Əsgərovun babası Fəxrəddin Qurbanov bildirib.
F.Qurbanov deyir nəvəsi 11 ildir ki, böyrək çatışmazlığından əziyyət çəkir:
“Turalın 17 yaşı var. Yaşıdları məktəbdən, gəzintidən qayıdarkən Tural onları həmişə pəncərədən izləyib. Artıq son bir neçə aydır ki, böyrəkləri tamamilə fəaliyyətdən dayanıb, ayaqlarına su yığılıb. Bir ayağı partlayıb. Dərisi soyulur. Dərmanlarla müalicə edirik, az da olsa qarşısını almağa çalışırıq. Təcili şəkildə əməliyyat olunmasına ehtiyac var”.
Turalın atası bir neçə ilə əvvəl dünyasını dəyişib. Həyat yoldaşının ölümü, oğlunun xəstəliyi gəncin anasının sağlamlığına ciddi şəkildə təsir edib. Tural Əsgərovun anasının hazırda psixiloji problemləri var. İndi Naxçıvanda yaşayan Turala xalaları və babası baxır.
Baba Fəxrəddin Qurbanov nəvəsinə kömək edilməsi üçün Naxçıvandan Bakıya üz tutub. Turalın diaqnozuna baxan bütün həkimlərin son rəyi eyni olub - pul toplayıb böyrəyini dəyişmək lazımdır. Ailənin isə əməliyyatı qarşılamaq üçün lazım olan vəsaiti ödəməyə imkanı yoxdur.
Vəziyyəti gün keçdikcə ağırlaşan 17 yaşlı gəncin həyatı imkanlı və xeyirxah şəxslərin əlindədir.
Turalın müalicəsinə kömək etmək istəyənlərə hesab nomrəsini xatırladırıq.
HESAB NÖMRƏSİ (Beynəlxalq Bankın Naxçıvan filialı): AZ18IBAZ33801019443753683262
ƏSGƏROV TURAL VAQİF oğlu
Əlaqə tel: (036) 545 75 68 (ev)
Fəxrəddin Qurbanov: (070) 388 11 90; (055) 388 11 90