Bu gün Qubadlı rayonun işğal günüdür, işğalı zamanı çox sayda vətəndaşımızın həlak olduğu nəzərə alsaq, rayonun ermənilər tərəfindən ələ keçirilməsinə Azərbaycan ictimaiyyəti və televiziya kanalları tərəfindən biganə yanaşılmayacağını düşünmək olardı.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bu gün “Space” televiziyasının “Hər səhər” proqramının şənbə buraxılışında 4 saatlıq konsert proqramı olub. Veriliş bütünlüklə müğənni Ağadadaş Ağayevin ad gününə həsr edilib.
Maraqlı nüanslardan biri də odur ki, Qubadlı rayonunun işğalı günündə efirə verilən konsert proqramının aparıcısı məhz elə Qubadlı rayonundandır. Azərbaycan xalqının şəhid verdiyi belə bir gündə “Space” kanalında konsert verilməsinə heç bir şərh vermək niyyətində deyilik.
Şərhi oxucular və tamaşaçıların öhdəsinə buraxırıq.
www.oxu.az