Dünyanın ən qabaqcıl və tanınmış klinikalarından biri olan Anadolu Sağlıq Mərkəzinin (ASM) Bakı ofisi bu gündən fəaliyyətə başlayır.
Oxu.Az xəbər verir ki, bu məqsədlə mayın 27-də, çərşənbə günü Bakıda adıçəkilən sağlıq mərkəzinin məşhur həkimlərinin də iştirakı ilə konfrans keçirildi.
Açılış nitqi ilə çıxış edən klinikanın Bakı ofisinin koordinatoru İlkin Məmmədov bildirib:
“Bu məşhur klinikada şəfa tapmağı arzu edən xəstələr birbaşa bizim Bakı ofisimiz ilə əlaqə quracaqlar. Anadolu Sağlıq Mərkəzində tibbin onkologiya, ginekologiya, ortopediya və travmatologiya, kardiologiya, kardiocərrahiyyə və s. sahələri üzrə xidmətlər göstərilir.
Bu sahələr üzrə şəfa tapmağı arzu edənləri Bakı ofisi Anadolu Sağlıq Mərkəzinə transfer edəcək” - deyə, İlkin Məmmədov deyib.
“Nüfuzu ilə seçilən Anadolu Sağlıq Mərkəzi Bakıda filialını açmağı düşünürmü?” sualına klinikanın baş mütəxəssisi Nadya Bıçaqçı belə cavab verib:
“Biz istəyirik ki, Anadolu Sağlıq Mərkəzi öz özəlliyini qoruyub saxlaya bilsin. Bilirsiz ki, yüksək keyfiyyəti bir yerdən digər yerə köçürtmək bəzən asan olmur. Buna görə, hazırda nümayəndəlik açmaq kimi layihəmiz yoxdur. Gələcəkdə belə bir layihəmiz olduğu təqdirdə ictimaiyyət bu haqda məlumatlandırılacaq” - deyə, o qeyd edib.
Nadya Bıçaqçı azərbaycanlıların check-up- a olan yanaşmasını da müsbət qiymətləndirib:
“Klinikada 27 dənə check-up proqramımız var. Həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub. Azərbaycanı digər ölkələr ilə müqayisə etsək görərik ki, check-up-a münasibət yüksəkdir. Azərbaycandan check-up üçün xeyli sayda insanlar gəlir. Digər ölkələrdə isə bu işi elə də ciddi qəbul etmirlər. Azərbaycanlıların bu münasibətini təqdir edirik”.
O həmçinin əlavə edib ki, azərbaycanlı xəstələr üçün ayrıca check-up proqramları hazırlayacaqlar.
Konfransın sonunda Anadolu Sağlıq Mərkəzindən Bakıya gələn məşhur həkimlər onlara ünvanlanan sualları cavablandırıblar.
Məlumat üçün bildirək ki, Klinika Beynəlxalq tibbi turizmin keyfiyyətini qiymətləndirən qurum, tibbi turizm nöqteyi-nəzərindən 2014-cü il üçün dünyanın ən yaxşı tibb mərkəzləri siyahısında ASM-ni 4-cü yerdə görüb. 2002-ci ildən isə klinika ABŞ-ın 1 nömrəli klinikası sayılan Johns Hopkins Mərkəzinin strateji tərəfdaşıdır.
Xatırladaq ki, ASM-də 176 həkim, 384 tibb bacısı olmaqla ümumilikdə 1074 tibbi personal çalışır. Klinika yaradıldığı gündən kommersiya deyil, fond statusu daşıyır.
Ünvan:
Bakı şəhəri, Nərimanov r-nu, Əhməd Rəcəbli küç., 33
Esra Plaza
C bloku, 4-cü mərtəbə
(+99455) 937-30-00
Bizi sosial şəbəkədə axtarın: https://www.facebook.com/AnadoluSaglikMerkezi
Ülviyyə R. Əli
www.oxu.az