Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Baba Vəziroğlu – 60
Bu gün əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 60 yaşı tamam olur.
Oxu.Az xəbər verir ki, Baba Vəzir oğlu Məsimov 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub.
Nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ədəbi fəaliyyətə “Ulduz” jurnalında (1976, №8) çap etdirdiyi “Bir yaz axşamı”, “Mağazinçi Dadaş” hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Uzun illər teleşirkətdə aparıcı olmuşdur. “Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor (1997-1998), Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor (1998-2002) olmuşdur. Hazırda orada idarə heyətinin katibidir (2002-ci ildən). Sonra orada ədəbi proqramlar studiyasının müdiri (1991-1992), “Yurd” jurnalının məsul katibi (1993-1994), “İstedad” jurnalının baş redaktorunun müavini (1994) işləmişdir.
Mindən artıq şeirinə mahnı bəstələnib. “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbudov), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov), “Haradan başlanır vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür” (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir.
İ.Karacalenin “İtirilmiş məktub” dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülmüşdür (1983).
1988-ci ildə “Respublika komsomolu” mükafatı, 2000-ci ildə isə “Humay” mükafatı laureatı olub. Respublikanın əməkdar incəsənət xadimidir (2005).
Ailəlidir, iki qız övladı var.
Aytən Sadıqzadə
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı anlar: Qazaxıstan FHN yeni ağır kadrlar paylaşdı
- Aktauda aviasiya qəzası: AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanı niyə məhz Qazaxıstan aparmalıdır?
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
Rəylər