Yan
2017
15:46
5
9
1693
Virtual karabakh

Mərziyyə Davudovanın vəfatından 55 il keçir

6 Yan, 2017
15:46
1693

Mərziyyə Davudovanın vəfatından 55 il keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün tatar əsilli Azərbaycan aktrisası, SSRİ Xalq artisti Mərziyyə Davudovanın anım günüdür.

Oxu.Az xəbər verir ki, 1901-ci ildə Həştərxanda anadan olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşı var idi. O, Həştərxanda İqbal məktəbində “Birinci Teatr” adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaradıb. Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb, istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi.

1920-ci ildə Bakıya gələn M.Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Geniş yaradıcılıq diapazonuna malik olan aktrisanın Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətləri olub. O, “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəllədən iki nəfər”, “Koroğlu” və digər filmlərdə çəkilib.

6 yanvar 1962-ci ildə vəfat edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri