Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Stalin onu “Azərbaycan gözəli” adlandırırdı - Leyla Bədirbəyli - 99
Bu gün milli kino sənətimizin bənzərsiz simalarından biri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin anadan olmasının 99-cu ildönümüdür.
Oxu.Az xəbər verir ki, Leyla Bədirbəyli 1920-ci ilin yanvarın 8-də Bakıda dünyaya göz açıb.
Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. Rəqsə böyük maraq göstərən gələcəyin məşhur aktrisası sənətdə ilk addımlarını rəqslə atıb. Onun Azərbaycan Dövlət Filarmoniyasından başlayan sənət yolu 1941-ci ildən Dövlət Akademik Milli Dram Teatrında davam edir.
1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Bu film SSRİ-də, həmçinin, 50-dən artıq xarici ölkədə şöhrət tapır. Deyilənə görə, o zaman Sovet İttifaqına rəhbərlik edən Stalin Leyla Bədirbəylinin gözəlliyinə heyran olur və onu “Azərbaycan gözəli” adlandırır.
İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən, “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, yaddaqalan obrazlar yaradıb. Leyla Bədirbəli sağlığında xalqın diqqət və sevgisini qazanmış, dövlət tərəfindən yetərli qayğı ilə əhatə olunmuş sənətkarlardan idi.
“Azərbaycan gözəli” 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
"Azərbaycan" teqi üzrə xəbərlər
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
- Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib
Rəylər