Sen
2019
22:53
147
45
7005
Virtual karabakh

Dünyaca məşhur döyüş ustası Bakıda - FOTO

3 Sen, 2019
22:53
7005

Dünyaca məşhur döyüş ustası Bakıda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur fransız aktyoru, kaskadyor və döyüş ustası Siril Raffaelli Türkiyə və Hindistanın birgə istehsalı olan döyüş filmində çəkilmək üçün Bakıya gəlib. Məşhurun paytaxta gəlişindən isə heç kəs xəbər tutmayıb.

Oxu.Az xəbər verir ki, şəhərimizə gizlincə gələn məşhurun fotosunu Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov şəxsi "Facebook" hesabında paylaşıb. Yaroslav Siril ilə birlikdə yayımladığı fotoya "Siril Rafaelli. Bizə döyüş fəndlərini öyrətmək üçün gəlib" şərhini yazıb.

Məşhur ulduzun iştirakı ilə çəkilən filmin detalları barədə məlumat əldə etmək üçün Oxu.Az-ın əməkdaşı sözügedən filmdə rol alan Yaroslav Trifonovla əlaqə saxlayıb. O, filmin bir neçə hissəsinin Bakıda çəkildiyi bildirib.

"Bizə film haqqında danışmaq yasaq olunub. Sadəcə onu vurğulaya bilərəm ki, mən həmin filmdə rus mafiozunun cangüdənini canlandırmışam. Filmi Türkiyə və Hindistan birgə çəkir,  bizim azərbaycanlı komandamız da onlara kömək edir. Mənim Siril ilə uzun söhbətim olmayıb. Sadəcə, yadigar foto çəkdirdik. O, hələ Bakıdadır. Sabah Rafaelli komanda ilə birlikdə Fəvvarələr meydanında filmin digər hissələrini çəkəcək. Növbəti gün isə ölkəni tərk edəcəklər. Ərsəyə gələn ekran işi döyüş səhnələri ilə boldur".

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri