ABŞ təxminən 40 ildən sonra ilk dəfə olaraq yeni "W93/Mk7" nüvə başlığı hazırlayır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Interesting Engineering" nəşri məlumat verib.
Gözlənilir ki, yeni başlıq mövcud arsenalın köhnəlmiş elementlərini əvəz edəcək və perspektiv sualtı əsaslı raketlərlə uyğunluq təşkil edəcək. Döyüş başlığının yaradılması üzərində ABŞ Hərbi Dəniz Qüvvələri və Milli Nüvə Təhlükəsizliyi İdarəsi birlikdə işləyirlər.
Bundan əlavə, ABŞ "Trident II D5 Life Extension 2" (D5LE2) raketlərini də modernləşdirir.
Daha əvvəl bildirilmişdi ki, ABŞ yeni bunkerə qarşı nüvə başlığı olan bombanın hazırlanmasına başlayıb. Söhbət "Nuclear Deterrent System-Air-delivered" (NDS-A) sistemindən gedir ki, onun bunkerlərə və digər yeraltı obyektlərə zərbələr endirmək üçün istifadə edilməsi nəzərdə tutulur. Onun hazırlanmasına təxminən 100 milyon dollar ayrılacağı gözlənilir.