ABŞ-də səkkiz tələbə nasaz attraksionda saatlarla başıaşağı vəziyyətdə qalıb.
Oxu.Az barədə SHOT "Telegram" kanalına istinadən xəbər verir.
"Səkkiz amerikalı tələbə Texas ştatındakı "Iron Shark" attraksionunda 30 metr yüksəklikdə dörd saat başıaşağı vəziyyətdə qalıb", - deyə məlumatda vurğulanır.
Bildirilib ki, "Pleasure Pier" əyləncə parkının əməkdaşları hadisə yerinə xilasedicilər çağırmağa məcbur olublar.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Qaynar xətt:
(055) 224 12 12