ABŞ-ın Hərbi Hava Qüvvələrinin naziri Debora Li Ceyms Rusiyanı öz ölkəsi üçün əsas təhdid adlandırıb.
Oxu.Az xəbər verir ki, o, bu fikri “Reuters” agentliyinə bildirib.
“Rusiya Amerika Birləşmiş Ştatları üçün “bir nömərli təhdid”dir. Bir sıra təhdidlər var, amma Rusiya, ola bilər ki, nüvə aspektinə görə ABŞ üçün ekzistensial təhdiddir”, - o vurğulayıb.
Buna bənzər bəyanatı Ceyms dəfələrlə edib. 2015-ci ilin iyulun 9-da o, Rusiyaya qarşı dayanmaq üçün ABŞ hakimiyyətini Avropada hərbi iştirakı gücləndirməyə çağırıb. Bu ilin avqustunda Rusiyanı yenidən “bir nömrəli təhdid” adlandırıb.
“Onun nüvə silahı var və o, özünü son zamanlar çox aqressiv aparır”, - nazir bildirib.
N.O.
www.oxu.az